"Xəzər TV” "5/5” verilişi ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrə münasibət bildirib.
Xezerxeber.az xəbər verir ki, məlumatda qeyd olunur ki, sosial şəbəkələrdə "Xəzər TV”də yayımlanan "5/5” verilişində aparıcı Zaur Kamalla müğənni Damla arasında xoşagəlməz dialoqun yaşanması ilə bağlı video görüntülər yayılıb. Qeyd edək ki, verilişin sözügedən buraxılışı yanvar ayının 5-də efirə gedib. Ancaq həmin dialoq efirə buraxılmayıb. Lakin sosial media və bəzi saytlarda sözügedən dialoq efirdə yayımlanmış kimi qələmə verilib". Açıqlamada bir daha qəti şəkildə bəyan edilir ki, "Xəzər TV”nin efirində belə bir dialoq yayımlanmayıb və televiziyamız "Ailəmizin və ailənizin Xəzəri” devizinə uyğun olaraq efir siyasəti aparır: "Buraxılışın efirə verilməsindən üç həftə sonra belə bir "qara piar”ın aparılmasını kimlərinsə məqsədinə xidmət edən və sifariş xarakterli kampaniya kimi qiymətləndiririk.
Görünür "Xəzər TV”nin nüfuzunun gündən-günə artması kimlərisə narahat edir".