Mikayıl fəxri ad alan həmkarlarından — DANIŞDI

Mikayıl fəxri ad alan həmkarlarından — DANIŞDI "Space" telekanalının aparıcısı Mikayıl Güləddinoğlu fəxri ad alan həmkarlarından danışıb.

Aparıcı açıqlamasında özünün fəxri ada layiq görülməməsiylə bağlı bunları deyib:

"Məsləhət elə olub, verməyiblər. Məsləhət olsaydı, verərdilər. Mən bilən iki Zaurlara və Xoşqədəm xanıma fəxri ad veriblər. Məsləhət eləymiş, elə də olub".

Əməkdaşımızın "bəs sizin fəxri ada iddianız varmı" sualını Güləddinoğlu belə cavablandırıb:

"Mənim istəməyimlə deyil ki? Kənar rəyi dəyərləndirmək olar, öz rəyimə görə olmaz ki".

M.Güləddinoğlu bildirib ki, fəxri ad alan həmkarlarını təbrik edəcək:

"Dünən efir günüm idi deyə, təbrik edə bilməmişəm. Həm Zaur Baxşəliyev, həm də Zaur Kamalla münasibətim əladır. Xoşqədəm xanımın da nömrəsini tapıb mütləq təbrik edəcəyəm".

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Fəxri ad alanların sırasında ATV-nin aparıcısı Zaur Baxşəliyev, "Xəzər" televiziyasının aparıcıları Zaur Kamal və Xoşqədəm Baxşəliyeva da var.

Oxşar xəbərlər