Cibuti Respublikasının Milli Assambleyası (Parlamenti) Xocalı soyqırımının tanınması barədə qərar qəbul edib
Xarici İşlər Nazirliyindən bildirilib ki, parlamentin plenar iclasında soyqırımının tanınmasına dair qətnamə səsverməyə çıxarılıb və səs çoxluğu ilə qəbul olunub.
Assambleyanın 5-ci ictimai sessiyasında qəbul edilən qətnamədə
- BMT Nizamnaməsində ifadə olunan məqsəd, prinsip və müddəaları rəhbər tutaraq;
- Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün pozulmazlığını dəstəkləyərək;
- Azərbaycan Respublikasının 20 faiz torpaqlarının Ermənistan Respublikası tərəfindən işğalı ilə nəticələn Ermənistanın Azərbaycana qarşı təcavüzünü rədd edərək;
- Bir milyondan artıq Azərbaycanlının, Ermənistanın təcavüzünün qurbanlarının taleyi və böhranlı vəziyyəti, eləcə də humanitar problemlərin miqyası və kəskinliyindən dərin narahatlıq keçirərək;
- BMT Təhlükəsizlik Şurasının 822 (30 aprel 1993), 853(29 iyul 1993) , 874 (14 oktyabr 1993), və 884 (12 noyabr 1993) qətnamələrini xatırladaraq;
- İƏT-ə üzv dövlətlərin Parlament Birliyi (UPCI) və İƏT Nizamnaməsinin prinsip və məqsədlərinə istinad edərək;
- Əvvəllər qəbul olunmuş müvafiq qətnamələri, xüsusilə 14-15 mart tarixlərində Seneqal Respublikasının Dakar şəhərində keçirilən İslam Konfransı Sammitinin 11-ci sessiyasının 10/11-P (IS) nömrəli və 30-31 yanvar 2008-ci il tarixlərində Misir Ərəb Respublikasının Qahirə şəhərində baş tutan UPCI-nin 5-ci iclasında qəbul olunan 11/5 – CONF nömrəli qətnamələri bir daha təsdiq edərək;
- İƏT xarici işlər nazirlərinin 18 yanvar 2011-ci ildə Abu-Dabi şəhərində qəbul etdiyi qərarı nəzərə alaraq;
- İslam Konfransı Sammitinin 2013-cü ilin fevralında Qahirədə keçirilən 12-ci sessiyasının yekun kommunikesinə uyğun olaraq, 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində mülki şəxslərə qarşı törədilmiş qətliamı soyqırımı və insanlıq əleyhinə cinayət kimi tanımasını alqışlayaraq;
- UPCI-nin Xocalı qurbanlarının dəstəklənməsi ilə nəticələnən Gənclər Forumunun yekdil mövqeyini xatırladaraq;
- Beynəlxalq ictimaiyyətin dərin narahatçılığını, Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin işğalının davam etməsi ilə üzləşdiyini və işğalçı ermənilərin bu ərazilərə qeyri-qanuni köçürülməsini xüsusi vurğulayaraq, Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağ regionu da daxil olmaqla Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir.
Qətnamədə aşağıdakı maddələr yer alıb:
- Bir daha təsdiq edir ki, heç bir dövlət Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış vəziyyətin qanuniliyini tanımamalı, kömək göstərməməli və ya yaradılmış vəziyyətin qorunub-saxlanılması üçün yardım etməməlidir;
- 1992-ci ildə Xocalı şəhərində Azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş qətliamın soyqırımı aktı və insanlıq əleyhinə cinayət kimi tanıdığını, günahkarların müvafiq beynəlxalq alətlərə uyğun olaraq cəzalandırılmalı olduğunu bəyan edir;
- Azərbaycan Respublikasına qarşı təcavüzü qınayır, BMT Nizamnaməsi və beynəlxalq hüquqa əsasən güc tətbiq etməklə ərazilərin işğal edilməsinin qəbuledilməz olduğunu bir daha təsdiqləyir;
- Ermənistan Respublikasını BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl etməyə çağırır;
- Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən qovulmuş əhalinin öz doğma torpaqlarına qayıtmaq kimi ayrılmaz hüququnun olduğunu təsdiq edir və onların geri qayıtması üçün əlverişli şəraitin yaradılması, eyni zamanda münaqişədən zərər çəkmiş ərazilərin beynəlxalq səviyyədə bərpa edilməsi vacibliyini vurğulayır;
- Üzv dövlətləri, habelə beynəlxalq və regional təşkilatları, qrupları öz səlahiyyətləri çərçivəsində münaqişənin həllinə maksimum töhfə verməyə çağırır;
- Milli Assambleyanın Prezidentinə hazırkı qətnaməni Respublika Prezidentinə təqdim etmək səlahiyyəti verir.
Qeyd edək ki, sənəd qeyri-rəsmi tərcümə olunub.