Bakıda nonsens! — Boş əraziyə parkomat qoyuldu

Bakıda nonsens! — Boş əraziyə parkomat qoyuldu Bakıda boş ərazidə parkomat quraşdırılıb.

Redaksiyamız baku.ws-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb.

Bildirilib ki, qanunsuz parkomat “Azure Buziness” mərkəzinin önündə boş sahədə quraşdılıb. İstifadəçilərin yazdığına gör, həmin sahə Ağ Şəhər bulvarına bitişikdir.

İstifadəçilərin sözlərinə görə, naməlum şəxslər bu ərazidə çoxlu sayda avtomobil sahibinin maşının park etdiyi görüb və çox gecikmədən sahəyə parkomat qoymağa qərar veriblər. Baş verənlərə etirazını bildirən istifadəçi hər kəsdən, xüsusən də Azure Buziness mərkəzində çalışanlardan məsələyə etirazını bildirməsini istəyib.

Oxşar xəbərlər