“Şamaxinka”da pul istədilər vermədi, bıçaqlandı

“Şamaxinka”da pul istədilər vermədi, bıçaqlandı Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bakıda Siyəzənə getmək istəyən 27 yaşlı Yusifov Fərid Tahir oğluna “Şamaxinka” adlanan ərazidə iki nəfər yaxınlaşaraq, pul istəyib. Bu zaman qeyri-müəyyən səbəbdən tərəflər arasında mübahisə düşüb. Yaranan mübahisə zamanı naməlum şəxslərdən biri Fəridə bıçaqla iki xəsarət yetirib. Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır. İlkin ehtimala görə, Fərid Yusifov ona yaxınlaşan şəxslərə pul verməkdən imtina edib və onlara etirazını bildirib. Bu hərəkət isə həmin şəxslərin xoşuna gəlməyib. (musavat.com)

Oxşar xəbərlər