Naməlum şəxslər Misir təyyarəsini ələ keçirdilər - YENİLƏNİB

Naməlum şəxslər Misir təyyarəsini ələ keçirdilər - YENİLƏNİB O, kamekadze kəmərini partladaçağı ilə hədələyib

Çərşənbə axşamı Misirdə İskəndəriyyə-Qahirə üzrə daxili reysi həyata keçirən “Egypt Air” aviaşirkətinin təyyarəsini ələ keçirən naməlum şəxs tələbləri yerinə yetirilməyəcəyi halda, kamekadze kəmərini partlatmaq ilə komandir və sərnişinləri hədələyib.

Bu barədə “Əl-Bələd” xəbər portalı məlumat yayıb.

Həmçinin təyyarənin kapitanı Qahirədə dispetçerlərə, təyyarənin zəbt edildiyini və Kiprə uçacağını da xəbər verməyi çatdırıb.

Məlumata görə, təyyarədə 51 sərnişin və 7 heyət üzvü olub. Daha öncə KİV-də yayılmış məlumatlarda təyyarədə 81 sərnişinin olduğu bildirilirdi.

10:41

Naməlum şəxslər İskəndəriyyədən Qahirəyə uçan sərnişin təyyarəsini zəbt ediblər.

Bu barədə Reutersə xəbər verir.

Qeyd edilir ki, hazırda təyyarə Kiprdə Larnaki aeroportunda yerə enib.

Təyyarə İskəndəriyyədən Qahirəyə uçurdu, agentlik məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Təyyarənin göyərtəsində 81 nəfər olub.

KİV təyyarəni qaçıranların Misir mənşəli qadınlara və uşaqlara təyyarəni tərk etməyə icazə vermək niyyətində olduqlarını bildirib.

Oxşar xəbərlər