ABŞ-dan kritik FETÖ AÇIQLAMASI

ABŞ-dan kritik FETÖ AÇIQLAMASI ABŞ Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurlarından biri 15 İyul gecəsi çevrilişə cəhd edən FETÖ-çülər və Fətullah Gülənlə bağlı maraqlı açıqlamalar edib.

ABŞ-ın AP xəbər agentliyinin xəbərinə görə, adının məxfi saxlanılmasını istəyən nazirlik işçisi etdiyi bir açıqlamada: "Dini əldə silah edib bu yolla pul yığaraq maraqları üçün istifadə edən mütəşəkkil cinayətkar təşkilatlar kənardan günahsız görünə bilər. Türkiyə Gülən haqqındakı iddialarında haqlı tərəf ola bilər", - ifadələrini işlədib.(milli.az)

Oxşar xəbərlər