Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır.
“Qafqazinfo” xəbər verir ki, hərbi ekspert Rəşad Süleymanov AzVision.az-a bildirib ki, Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlıq, silah və hərbi texnikanın alınması 11 il əvvələ təsadüf edir. 2005-ci ildən başlayaraq ölkələrimiz arasında bu sahədə fəal əməkdaşlıq aparılır.
Ekspertin fikrincə, ilk illərdə Azərbaycan İsraildən reaktiv yaylım atəş sistemləri və pilotsuz uçuş aparatları alıb: “2008-ci ildə hərbi paradda bu silahlar nümayiş etdirilib. 22 mm-lik qrad, reaktiv yaylım sistemləri, 305 mm-lik extra operativ-taktik raket sistemləri (uçuş məsafəsi 150-160 km), eləcə də Azərbaycan İsrail şirkətindən “Aerostar” və “Orbiter-2” pilotsuz uçuş aparatları alıb 2008-ci ildə Azərbaycanın Müdafiə Nazirliyi və İsrailin “Erbit” şirkəti ilə imzalanan kontrakt əsasında Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan T-72 tankları modernizasiya olunub. Bu tanklardan aprel döyüşlərində istifadə olunub və özünü doğruldub. Tanklar döyüş zamanı yaxınlığdakı tankın düşmənə məxsus olmasını müəyyən edən sistemlə təmin olunub.
Həmin illərdə Azərbaycan və İsrailin “Erbit” şirkəti arasında imzalanan 156 milyon dollarlıq müqavilə çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin rabitə sistemi tamamilə yenilənib. Alınan rabitə sistemlərindən bu gün də istifadə olunur və bu, dünyada istifadə olunan ən müasir rabitə sistemidir”.
R.Süleymanov bildirib ki, 2011-ci ildə Müdafiə Sənayesi Nazirliyi ilə İsrail şirkətinin birgə qurduğu “AZAD sistemlər” müəssisəsi fəaliyyətə başlayıb: “Bu müəssisədə “Orbiter-2” pilotsuz uçuş aparatlarının istehsalı həyata keçirilir. Bu pilotsuz uçuş aparatları həm ordumuzun istifadəsinə verilib, həm də bir sıra ölkələrə ixrac edilib. Sentyabr ayında isə müəssisə “Zərbə” adlı kamikadze uçuş aparatının istehsalına başlayıb. Qeyd etmək lazımdır ki, həmin pilotsuz uçuş aparatlarının motor və eletronik sistemləri çıxılmaqla qalan hissələri tam olaraq Azərbaycanda həyata keçirilir. O cümlədən onun proqram təminatı yerlidir. Bu, hərbi sənayemizə uğur qazandırdı. Sentyabr ayında imzalanan müqaviləyə əsasən müəssisə Azərbaycan Silahlı Qüvvələri üçün “Orbiter-3” və “Orbiter-4” havada 24 saat qala bilən pilotsuz uçuş aparatlarını istehsal edəcək”.
R.Süleymanov vurğulayıb ki, Azərbaycan İsraildən aprel döyüşlərində istifadə etdiyimiz “Harop” silahlarını alıb: “Eyni zamanda “Herion” və “Hermes” tipli pilotsuz uçuş aparatları İsraildən alınıb. Həmçinin İsrailin şirkəti Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidməti ilə bir yerdə müəssisə təşkil edib. Yerli müəssisədə sahil mühafizə xidməti üçün gözətçi gəmilərinin istehsalı həyata keçirilir. Bundan əlavə Azərbaycan İsraildən dünyanın ən müasir tank əleyhinə raket kompleksləri olan “Spayk” alınıb. Bu silahın aprel döyüşlərində gözəl nəticələri oldu.
Silahlı Qüvvələrin Baş Qərargah Mərkəzində qurulan sistem İsrail şirkətinə məxsusdur. Bu sistem vasitəsilə bütün ordu korpusları, briqadaları canlı bağlantıya qoşula bilir. Həmçinin sistem vasitəsilə ön cəbhədə vəziyyəti izləmək mümkündür. Bundan əlavə Azərbaycan 2016-cı ildə İsraildən zirehli maşınlar alıb. Ümumilikdə Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində İsrailin istehsalı olan müxtəlif snayper, avtomat, pulemyot və tapancalar yer alır. Bu əməkdaşlıq müdafiə sektorunun bütün sahələrini əhatə edir”.
Hərbi ekspert qarşıdakı illərdə bu əməkdaşlığın uğurla davam edəcəyini qeyd edib: “Qarşıdakı illərdə “Dəmir gümbəz” komplekslərinin alınması olacaq. Artıq razılaşmanın olduğuna dair informasiyalar var. Bu komplekslər Azərbaycanın hava hücumundan müdafiəsini və raket hücumlarına qarşı müdafiəsini daha gücləndirmiş olacaq”.