Azərbaycanlı kapitan yaralandı, vertolyotla xilas edildi

Azərbaycanlı kapitan yaralandı, vertolyotla xilas edildi Türkiyənin Sahil Mühafizə Qüvvələrinin Samsun bölgə komandanlığı açıq dənizdə qarnından yaralanan azərbaycanlı gəmi kapitanını xilas etmək üçün vertolyot qaldırıb.

Sahil Mühafizə Qüvvələrinə Samsun sahillərindən 100 mil məsafədə Komor adaları bayrağı altında üzən quru yük gəmisinin ikinci kapitanının naməlum səbəblərlə qarnından yaralandığı haqda Səhiyyə Nazirliyindən siqnal daxil olub.

Azərbaycan vətəndaşı olan kapitanı xilas etmək üçün əməliyyat başladılıb və sahil mühafizə kateri sudan, vertolyot isə havadan gəmiyə yaxınlaşıb. Xilasedicilər quru yük gəmisinə qalxaraq yaralı kapitanı sahilə evakuasiya ediblər.

O, Samsun Egitim və Araşdırma Xəstəxanasına yerləşdirilib. Vəziyyəti kafidir. Quru yük gəmisinin Ukraynadan Trabzon limanına yük daşıdığı bildirilir.

///virtualaz.org

Oxşar xəbərlər