Səhiyyə Nazirliyindən sentyabrın 17-də “International Medical Center” klinikasında baş verən ölüm faktı ilə əlaqədar hər hansı araşdırma aparmır.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, ya mərhum Şəhla Əliyevanın yaxınları, ya da hüquq-mühafizə orqanları Səhiyyə Nazirliyinə hadisə ilə əlaqədar araşdırma aparılması üçün müraciət etməlidirlər. Lakin indiyədək nə mərhumun yaxınları, nə də hüquq-mühafizə orqanları tərəfindən nazirliyə müraciət daxil olmayıb. Bu səbəbdən də Səhiyyə Nazirliyi özəl klinikdada baş vermiş bu hadisə ilə əlaqədar hər hansı araşdırma aparmır.
Xatırladaq ki, sentyabrın 17-də “International Medical Center” klinikasında 25 yaşlı Şəhla Əliyeva əməliyyat zamanı vəfat edib.