Bakıda intihara cəhd olub.
Səbail rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə fevralın 22-də axşam saatlarında Bibiheybət qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Eldar Akif oğlu Bəkirov sərxoş vəziyyətində üzərinə benzin tökərək özünü yandırıb.
Hadisə yerində olan şəxslərin köməkliyi ilə o, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.