Toyda kütləvi dava – 3 nəfər bıçaqlandı

Toyda kütləvi dava – 3 nəfər bıçaqlandı Faktla bağlı araşdırma aparılır

Şəmkirdə toyda kütləvi dava olub.

Hadisə rayonun Bayramlı kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Pərvin Kərimov toyda dava zamanı həmkəndliləri - 1976-cı il təvəllüdlü Nicat Cəfərov, onun qardaşı 1984-cü il təvəllüdlü Seymur Cəfərov və digər kənd sakini, 1983-cü il təvəllüdlü Mahmud Mahmudovu bıçaqlayıb.

Yaralılar dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Cinayəti törədən Pərvin Kərimov polislər tərəfindən saxlanılıb. Onun sərxoş vəziyyətdə cinayəti törətdiyi bildirilir.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər