Bakı metropoliteninin "Koroğlu" stansiyasında intihara cəhd hadisəsi baş verib.
Bu gün səhər saatlarında yaşlı bir kişinin özünü qatarın altına atdığı haqda xəbər vermişdik.
Baş verən hadisə ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bu barədə açıqlamasında hadisənin təfərrüatlarını bildirib:
"Hadisə "Koroğlu" stansiyasında saat 09:15-də olub. İntihara cəhd edən şəxs özünü "Həzi Aslanov" stansiyası istiqamətinə gedən qatarın altına atıb.
Özünü qatarın altına atan şəxs Əhmədov Nəsir Əlihüseyn oğlu 1951-ci il təvəllüdlü Nardaran sakinidir. Hadisə qəfil baş verdiyindən maşinist qatarı tam saxlaya bilməyib. Özünü qatarın altına atan şəxs xoşbəxtlikdən ölməyib. Relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb. Hadisəyə görə xətdə müvəqqəti gecikmə yaranıb. Qatar orada saxlanılıb, ona görə də, metroda gecikmə var. Polislər hadisənin təfərrüatını aydınlaşdırır".
Qeyd edək ki, intihara cəhd edən şəxs artıq xəstəxanaya yerləşdirilib.