Azərbaycanda məmur övladlarının xaricdə təhsil almasına qadağa qoyula bilər.
Bakipost.az xəbər verir ki, bununla bağlı qanun layihəsi hazırlanır. Məlumata görə, layihə 2 il əvvəl hazırlansa da, bəzi məmurların təsiri ilə parlamentə təqdim edilməyib və o vaxtdan etibarən bu məsələnin üzərinə qayıdılmayıb. Ancaq Rusiya Dövlət Dumasında dövlət məmurlarının yetkinlik yaşına çatmayan uşaqlarının xaricdə təhsil almasını qadağan edən qanun layihəsinin müzakirəyə çıxarılması, Azərbaycanda da bu məsələni aktuallaşdırıb və layihənin tezliklə Milli Məclisdə müzakirəyə çıxarılacağı qərarlaşdırılıb.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Valeriy Raşkin bu günlərdə parlamentə məmur uşaqlarının xaricdə təhsil almasını qadağan edən qanun layihəsini parlamentə təqdim edib. Dövlət Dumasının saytında yerləşdirilən layihədə qanunun məqsədləri qeyd olunur. Qanunun qəbulu onunla əsaslandırılır ki, məmur uşaqlarının xaricdə təhsil alması ölkənin idarə olunmasında iştirak edən elit təbəqənin formalaşmasının qarşısının alınması, milli kadrların azalması, sosial bərabərsizliyin davamlı inkişafı, xalqla xalqı idarəedənlər arasında uçurumun dərinləşməsinə gətirib çıxarır. Layihə müxtəlif səviyyədə məmurlara tətbiq olunacaq və siyahı dəqiqləşdiriləcək.
Bakipost.az məsələ ilə bağlı Milli Məclisin deputatı Zahid Orucla əlaqə saxlayıb. Millət vəkili Azərbaycanda belə bir qanun layihəsinin hazırlanmasından xəbərsiz olduğunu deyib. Z. Orucun fikrincə, xaricdə təhsil almaq hər bir şəxsin konstitusion hüququdur: "Hər kəsin övladı onların şəxsi vəsaitləri ilə təhsil alırsa, bu, onların konstitusion hüququdur. Bunu qadağan etmək də yalnış olardı. Söhbət dövlət hesabına təhsil almaqdan gedirsə, burada da məsələni sona qədər birmənalı qəbul etmək mümkün deyil. Açıq söyləsəm, məramın xoş olmasını başa düşürəm ki, digər insanların da təhsilini burada stimullaşdırmaq lazımdır. Amma onsuz da indi Azərbaycanda Təhsil Nazirliyinin vasitəsilə xaricdə məlum təhsil proqramının həyata keçirilməsinin hədəfləri xeyli dərəcədə dəyişib. İndi həm magistratura təhsili, həm xaricdən müəllimlərin cəlbi üçün daha çox adddımlar atılır. Bu gün ikitərəfli elə müqavilələr bağlanır ki, dövlətlərarası razılaşma yolu ilə həyata keçirilir. Xüsusi öhdəliklər də yoxdur. Ona görə də "məmur övladları xaircdə təhsil almasın!” kimi hökm çıxarmaq və bunu ədalətli saymaq düzgün olmazdı. Biz düşünürük ki, cəmiyyət bütün müsbət texnoloji qabaqcıl nümunələrinə, elmi proseslərin ən mükəmməlinə yiyələnməlidir. 100 il bundan əvvəl Qori seminasiyasından gəlib azərbaycanlıları seçəndə bir çoxları buna fərqli yanaşırdı.
Lakin bir sual var: belə qanun layihəsi ilə məmurların hər hansı bir şəkildə xarici təsir hədəfinə çevrilməməsi istənilir, yoxsa başqa şəxslərin, başqa vətəndaşlarımızın həmin təhsil prosesinə əlçatanlığını təmin etmək məqsədi güdülür? Bunu müəyyən etmək lazımdır”.
Deputatın sözlərinə görə, cəmiyyət xaricdə real təhsil alan və ölkəyə qayıdıb peşəkar kadra çevrilə biləcək hər bir kəsi alqışlamalıdır: "İstər məmur, istərsə də sıravi vətəndaşların övladları olsun, əgər xaricdə karton diplomlar deyil, real, gerçək, arxasında real elm dayanan güclü biliklərə, təhsilə yiyələnəcəksə və gələcəkdə Azərbaycanın müxtəlif idarəetmə işlərində - iqtisadi-sosial sektorunda peşəkar kadrlara çevrilə biləcək təhsil alacaqsa, biz onu alqışlamalıyıq, ona meydan verməliyik. Yox, əgər təhsili yalnız bir qruplar üçün etməkdən danışırıqsa, düşünmürəm ki, Azərbaycanda kimsə bunun tərəfində olsun. Qeyd etdiyiniz məsələ ilə bağlı parlamentdə heç bir diskussiya aparılmır. Və yaxud Rusiya qanunvericiliyinin eynisini bizdə qəbul etmə yönündə komitələrdə hər hansı iş haqqında məlumat yoxdur”.
Zahid Oruc "bəs məmur övladları büdcədən oğurlanmış vəsaitlər hesabına təhsil alırsa, yenədəmi xaricdə təhsil alması qadağan edilməməlidir?” sualına belə cavab verib: "Problem təhsil məsələsi üzərində qurula bilməz. Əgər kimsə konkret vəzifə mövqeyindən istifadə edib külli miqdarda qanunsuz vəsaitlər əldə edib və onun bir hissəsini övladının təhsilinə investisiya kimi qoyursa, bu, artıq vətəndaşın mövqeyində qeyri-bərabərlik kimi təzahür olunur və elə fikir yaradır ki, sanki bu şəxslərin idarəçiliyi altında qalmış olacaq. Bu, ictimai problem kimi ortaya çıxır. Məsələ məmurun öz vəzifə mövqeyindən istifadə edərək əldə etdiyi vəsaitdirsə, bu, digər məsuliyyət məsələsidir. Bunu ayrıca araşdırmaq lazımdır. Onun övladı təhsilə getməyəcək deyə, kimsə dözməlidirmi ki, o, vəsaitləri oğurlasın? Yəni dövlət büdcə vəsaitlərini oğurlamaq hesabına kimsə öz övladını xaricdə təhsilə göndərəcəksə, hər kəs buna qarşı çıxacaq. Və yaxud təhsil almış övladını haradasa yerləşdirmək istəyəcəksə, bu da artıq problemdir. Yəni qeyri-bərabərlik qanunsuz vəsaitlər təkcə təhsilə qoyulanda gözə görülməməlidir. Burada başlıca hədəf o olmalıdır ki, cəmiyyətdə hüquqi idarəçilikdə məmur vətəndaş qarşısında hesabatlıdır. O, gəlirlərinin deklarasiyasını təqdim etməlidir. Necə ki, biz bu qanunu on illərdir qəbul etmişik, lakin onu reallığa çevirə bilmirik. Əgər məmur keçmişdən qalan vəsaitləri, vəzifəyə qədərki biznes fəaliyyəti və s. hesabına öz övladının gələcək təhsilini xaricdə qurmaq istəyəcəksə, biz ona normal yanaşmalıyıq. Bu gün minlərlə tələbəmiz xaricdə təhsil alır və onlar hamısı məmur övladı deyil. Ona görə məmura qarşı çevrilmək və məmuru vətəndaşın gözündə düşmənə çevirmək də çox yalnış olardı”