Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyalarının əhaliyə xidmət şəraitinin müasir tələblərə uyğun qurulması prosesi davam etdirilir. Nəsimi rayon Tibbi Sosial Ekspertiza Komissiyasında iş şəraiti yaxşılaşdırlıb.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tibbi-Sosial Ekspert Komissiyalarında (TSEK) əhaliyə xidmət şəraitinin müasir tələblərə uyğun qurulması istiqamətində işlər davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən qanuninfo.az-ya daxil olan məlumata görə, ƏƏSMN tərəfindən Nəsimi rayon Tibbi Sosial Ekspertiza Komissiyasındə yeni iş şəraiti və müasir avadanlıqlarla təmin olunub.
Ötən ilin ortalarından bu istiqamətdə mühüm işlər görülür. Artıq ƏƏSMN-nin 38 region üzrə TSEK-lərindən 19-u müasir iş şəraitinə malikdir. Bu işlər sürətlə aparılır və yaxın vaxtlarda digər TSEK-lərin də müasir iş şəraiti ilə təminatı həyata keçiriləcək.
Qeyd olunub ki, bu işlərdə əsas məqsəd vətəndaşların TSEK-lər tərəfindən normal iş şəraitində qəbul edilməsi, onların keyfiyyətli xidmətlə təmin olunmasıdır. Eyni zamanda, bu komissiyalar nazirliyin eyni region üzrə digər yerli qurumları bir binalarda yerləşdirilir. Bu da əhaliyə sosial təminat növləri, məşğulluğun təminatı, əmək hüquqlarının müdafiəsi, eləcə də tibbi-sosial ekspertiza ilə bağlı vahid məkandan xidmətlərin göstərilməsinə, bu qurumların öz fəaliyyətlərini bir-biri əlaqəli şəkildə və daha səmərəli həyata keçirməyə imkan verir. Son vaxtlarda tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması üçün bu sahəyə nəzarətin artırılmasının əlilliyi olan şəxslər arasında tam və hissəvi reabilitasiya göstəricilərinin yüksəlməsinə səbəb olduğu da qeyd olunaraq, əlillik müayinəsi sisteminin avtomatlaşdırılması məqsədilə görülən işlərdən bəhs olunub. Bildirilib ki, nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt-sisteminin tətbiqi nəticəsində əlillik müayinəsi üçün müvafiq qurumlar arasında elektron məlumat mübadiləsini təmin edilməsi əlillik təyinatlarının şəffaf şəkildə aparılmasına şərait yaradıb.
Hörmətli Əli müəllimlə görüşümüz maraqlı oldu. Cənab Əli müəllim TSEK əməkdaşlarının fəaliyyəti, həmçinin vətəndaşlara tibbi-sosial ekspertiza xidmətinin göstərilməsi, əlillik müayinələrinin aparılması üçün yaradılmış şəraitindən danışdı. Komissiyanın əməkdaşlarına əhaliyə xidmətin yüksək səviyyədə və şəffaflıq prinsipləri əsasında təşkili, əlilliyi olan şəxslərin reabilitasiya potensialının müəyyən olunması üçün nazirliyin bərpa-müalicə mərkəzləri ilə əlaqəli fəaliyyətin gücləndirilməsinin şüar olduğunu qeyd etdi. Bizdə öz növbəmizdə ƏƏSMN-in Nəsimi rayon Tibbi Sosial Ekspertiza Komissiyasının rəhbəri Əli müəllimə cansağlığı və işlərində uğurlar arzulayırıq.