Azərbaycan prezidenti İlham Əliyev milli komandamızın DÇ-2018-in seçmə mərhələsindəki uğurlu çıxışına münasibət bildirib.
Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə görüşdən sonra mətbuat üçün verdiyi bəyanatda ölkə başçısı bunları deyib:
"Düşünürəm ki, xalqlar arasında əlaqələrin və Xorvatiyanın Azərbaycanda təbliğinin yaxşı nümunəsi böyük işlər görən Robert Prosineçkinin mükəmməl fəaliyyətidir. Bu qədər uzun illər gözləyəndən sonra biz indi komandamızla fəxr edirik. Çünki onun rəhbərliyi altında komandamız hazırda qrupda ikinci yerdədir. Üç oyundan sonra onların hesabında 7 xal - 2 qələbə və 1 heç-heçə var. Bu, mühüm nailiyyətdir. Əlbəttə, onun burada etdikləri təkcə futbol fanatları tərəfindən deyil, həm də xalqımız tərəfindən yüksək qiymətləndirilir və təbii ki, hamı onun Xorvatiyadan olduğunu bilir. O, sizin ölkənin yaxşı səfiridir və mən fürsətdən istifadə edərək ona uğurlu işinə görə təşəkkür etmək istərdim. Bu da bizim əməkdaşlığımızın yaxşı nümunəsidir və xanım prezidentin səfəri sözsüz ki, bunun üçün yeni imkanlar açır”.
Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç isə azərbaycanlı həmkarının xoş sözlərinə belə cavab verib:
"Əvvəla, futbol üzrə yığma komandanızın əldə etdiyi nailiyyətlərə görə Sizi təbrik etmək istəyirəm. Bu, xüsusilə milli qürur hissi və ölkənizdə birlik üçün çox vacibdir. Gəlin, idmanın və xüsusilə futbolun əhəmiyyətinə lazımınca qiymət verək. Cənab Prosineçki həqiqətən də bizim Azərbaycanda ən böyük təmsilçilərimizdən biridir. Eyni zamanda, ötən gecə Bakıda və Azərbaycanın digər bölgələrində çalışan Xorvatiya icmasının nümayəndələri ilə də görüşmək fürsətim oldu. Onların iki ölkə arasında əməkdaşlıq, dostluq və tərəfdaşlıq münasibətlərinin genişlənməsinə və dərinləşməsinə böyük ruh yüksəkliyi ilə yanaşmasını müşahidə etmək də mənim üçün çox sevindiricidir".