Bütün xalqımızı təbrik etmək üçün ciddi əsaslarımız var. Ona görə ki, Azərbaycanda növbəti referendumda yüksək seçici fəallığı qeydə alındı. Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiyamızda dəyişikliklər edilməsi ilə əlaqədar keçirilən referendumda vətəndaşlarımızın böyük əksəriyyəti iştirak edib. Mərkəzi Seçki Komissiyası məntəqələrdən və dairələrdən gələn informasiyalar əsasında səsvermənin nəticələri ilə bağlı məlumatları yaxın vaxtlarda elan edəcək. Lakin Yeni Azərbaycan Partiyasının bütün seçki məntəqələrində olan müşahidəçilərinin verdiyi məlumatlara əsaslanıb deyə bilərik ki, vətəndaşlar səsvermədə yüksək fəallıq nümayiş etdirib. Bu ondan xəbər verir ki, seçicilər öz vətəndaşlıq borcuna kifayət qədər məsuliyyətlə yanaşıb və referenduma çıxarılan məsələlərə biganə olmadıqlarını göstəriblər.
Referendum ayrı-ayrı ölkələrin həyatında çox tez-tez tətbiq olunan demokratik alətlərdən biridir. Azərbaycanda da artıq üçüncü referendum keçirilir. Bu, Azərbaycan vətəndaşlarının iradəsinin ifadə olunmasının əlavə bir formasıdır.
“Bugünkü referendumu ilk növbədə Prezident İlham Əliyevə ümumxalq etimadının testi kimi qiymətləndirmək istərdim. Belə hesab edirəm ki, vətəndaşlarımızın referenduma diqqətlə yanaşması, səsvermədə fəal iştirak etməsi dövlətimizin başçısına olan böyük inamla bağlıdır. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu test kifayət qədər uğurlu olub. Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini səsvermədə yaxından iştirakla bir daha ifadə ediblər. Digər tərəfdən, referendum Azərbaycan Respublikasının Konstitusiyasının müasir dövrə, həyatımızda baş verən irəliləyişlərə uyğunlaşdırılması və yeni tələbələrə cavab verən formaya salınması baxımından əhəmiyyət kəsb edir. Bu dəyişikliklər əsasən insanların hüquq və azadlıqlarının daha yaxşı təminatının yaradılmasına yönəlib. Eyni zamanda, Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsi, idarəçilik mexanizminin daha çevik formaya salınması ilə əlaqədardır”
Referenduma çıxarılan məsələlər Azərbaycanda Prezidentin təşəbbüsü ilə həyata keçirilən iqtisadi və siyasi islahatların davamı kimi nəzərdən keçirilə bilər. Referendumun nəticəsi olaraq yaranan hüquqi və siyasi baza ölkəmizdə iqtisadi və siyasi islahatların daha cəsarətlə, daha etibarlı şəkildə və qarşıya qoyulan məqsədlərə nail olunmasına hədəflənmiş formada həyata keçirilməsini təmin edəcək.
Referendumda qəbul olunan qərarların Azərbaycanın həyatında yeni bir səhifə açacağını vurğulayan Lənkəran şəhər İcra hakimiyyətinin başçısı deyib: “Bundan sonra Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi, iqtisadi və sosial islahatların həyata keçirilməsi istiqamətində daha ciddi, daha cəsarətli addımlar atılacaq. Güman edirəm ki, xalqımız bu islahatların uğurlu nəticələrini yaxın zamanlarda görəcək”.

Lənkəran şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov