“Biz islahatların vacib olduğuna ciddi şəkildə inanırıq”
Son vaxtlar dünya miqyasında baş verən iqtisadi proseslər bəzən bizim nəzarətimizdən kənar olur.
Neftin qiymətinin kəskin düşməsi, bir çox maliyyə bazarlarındakı maliyyə çətinliyi və siyasi sabitsizlik, əlbəttə ki, dünya iqtisadiyyatına inteqrasiya olunmuş Azərbaycana da öz təsirini göstərib.
Amerika Ticarət Palatasının üzvləri kimi, biz çətin vaxtları dərk edirik, lakin, eyni zamanda, biz kompleks və ciddi iqtisadi islahatları həyata keçirmək, iqtisadiyyatı şaxələndirmək və qeyri-neft sektorunu inkişaf etdirmək üçün Azərbaycanın və onun rəhbərliyinin indiki vəziyyətdə düzgün yolu tapmaq üçün çalışdığını görməyə çox şadıq.
Biz bu işləri yüksək qiymətləndiririk və dəstəkləyirik.
Bu barədə Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycandakı Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) nümayəndə heyəti arasında baş tutan görüş zamanı Palatanın prezidenti, “Ernst and Young” şirkətinin ölkə üzrə meneceri İlqar Vəliyev deyib
“Biz islahatları ciddi şəkildə dəstəkləyirik. Biz islahatların vacib olduğuna ciddi şəkildə inanırıq və bu islahatların həyata keçirilməsində Sizin rəhbərliyinizi çox yüksək dəyərləndiririk.
Biz inanırıq ki, bu islahatlar nəticəsində Azərbaycan daha da güclü, daha da rəqabətə davamlı bir ölkə olacaq və yüksək artım tempinə nail olan iqtisadiyyatlar arasında öz yerini saxlamağa davam edəcək.
Həm yerli, - çünki Amerika Ticarət Palatasında həm də yerli şirkətlər təmsil olunur, - həm də xarici şirkətlər Sizin yanınızdadır. Biz Sizi tam dəstəkləyirik və Sizi bu islahatlardan geri çəkilməməyin qarantı kimi görürük”, - deyə İ.Vəliyev qeyd edib.