...Ölkədəki uşaq bağçaları onlara olan təlabatın 20-30 faizini ödəmir. İşləyərək ailəsinə yardımçı olmaq istəyən analar çıxılmaz durumdadır, özəl bağçalarda qiymətlər "ceyran belində", dövlət uşaq bağçalarında yer tapmaq isə dəryada balıq tutmaq sevdasından daha çətindir.
Dövlət uşaq bağçalarında yer problemi son günlər ictimai təşkilatları, hətta siyasi partiyaları belə dilə gətirib.Bir neçə təşkilat məcburi köçkünlərin bağçalardan köçürülməsi, köhnə, bərbad durumda olan bağçaların təmir olunması ilə bağlı imzatoplama kampaniyası keçirib.Narazılar deyirlər ki, məsələn, minlərlə sakini olan Keşlə qəsəbəsindəcəmi 2 uşaq bağçası var və hər iki bağçada qaçqınlar məskunlaşıblar.Xətai rayonu, Gəncə prospekti, 14 ünvanında yerləşən 188 saylı bağçada həm qaçqınlar məskunlaşıb, həm də bina qəzalı vəziyyətdədir.278 saylı bağçada da vəziyyət eynidir.Təbii ki, siyahını uzatmaq olar.
Qaynarinfo.Az virtualaz.org-a istinadən xəbər verir ki, uşaq bağçaları 2012-ci ilə qədər Təhsil Nazirliyinin tabeliyində olub.Amma bağçalarda keyfiyyətsiz qidalanma, təmir-tikinti işlərinin yubadılması kimi nöqsanlar nəzərə alınaraq məktəbəqədər tərbiyə müəssisələri Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib.4 ildən sonra uşaq bağçalarının meriyadan alınaraqtəkrar nazirliyə qaytarılması məsələsi gündəmə gəlib.Bu dəfə də eyni iradlar və eyni vədlərlə...
Divarları bəzəyən elanlar: "Bağçada yer yoxdur"
"Ötən dərs ilinin sonundan uşaqları qoymağa bağça tapmırdıq.Keşlədəki bağçalarda deyirlər ki, bağçaların 2/3-də qaçqınlar qalır.100-dən çox ailə növbədədir.NZS qəsəbəsindəki bağçalarda isə divara yer olmadığına dair elanlar vurulub".
Bunu 2-ci qrup Qarabağ əlili Əhməd Rəhmanov sayta ünvanladığı müraciətində yazıb.
Şikayətçi deyir ki, meriyaya məktub göndərib və ona növbədə dayanması ilə tövsiyələrdən ibarət cavab məktubu göndəriblər."Məktubda yazıblar ki, Nizami rayonunda fəaliyyət göstərən 278 və 309 saylı uşaq bağçalarında boş yer yoxdur. Məktəbəqədər təhsil müəssisələrində uşaq qəbulunun normalara uyğun növbəlilik əsasında, ədalətli qaydada aparılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bütün bağçalara "məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə aparmaq üçün uşaqların qəbulu ilə bağlı müraciətlərin qeydiyyatı" kitabı paylanıb və müəssisələrə uşaq qəbulu bu kitab əsasında aparılır. Siz də həmin kitabda qeydiyyata düşün, vaxtı çatanda uşaqları bağçaya qəbul etdirə bilin.Amma növbənin nə vaxt çatacağı bəlli deyil. Buna görə də, digər vasitələrdən istifadə edib uşağı bağçaya qəbul etdirə bildim", - Ə.Rəhmanov deyir.
Bakı şəhər sakini Ramilə Aslanova isə deyir ki, metronun "İçərişəhər" stansiyasından tutmuş "28 May" stansiyasına qədər bütün bağçaları gəzib."Dedilər ki, boş yer yoxdur.Amma "hörmət" etsəydim, dərhal boş yer tapılardı.Sadəcə, onların dediyi məbləği verməyə imkanım çatmır.Bağçaların qarşısında elan vurmaqla özlərini sığortalamağa çalışırlar".
Ramilə və Əhməd kimiləri çoxdur.Hə, uşağın bağçaya qəbulu üçün "hörmət" əsasdır.Baxmayaraq ki, Bakı Şəhər İcra Hakimiyyəti hamının bildiyi bu məsələni təkzib etməklə deyənləri sübut etməyə səsləyir.İddialara görə, yerləşdiyi yerə, şəraitinə,statusuna və uşağın yaşına görə bağçaya uşaq qəbulu 200-500 manat arası dəyişir. Məsələn, Səbail, Nərimanov, Nəsimi, Yasamal rayonlarında bağçaların "hörməti" 500 manatdır.Xətai, Nizami, Sabunçu və ya Suraxanı rayonlarında isə nisbətən aşağı qiymətə "razılıq" əldə etmək mümkündür.
Bəs problemi necə həll etməli?
Əvvəlcə poblemin həlli üçün təklif edilən variantlara nəzər salaq. Cəmi 4 il əvvəl Təhsil Nazirliyini uşaqlara keyfiyyətsiz yemək verməkdə, bağça binalarının təmiri üçün ayrılmış vəsaiti mənimsəməkdə günahlandıranlar indi eyni ittihamı meriyaya qarşı yönəldirlər. İndi problemin həlli kimi bağçaların nazirliyin tabeliyinə qaytarılması təklifləri müzakirə edilir.Bəs bu vəziyyəti dəyişəcəkmi?
Təbii ki, yox.Bağçalar özəlləşdiriləndən sonra yerdə qalanlarla təlabatın ödənilməyəcəyi bəlli idi.Üstəlik hələ də onlarla bağça qaçqınların ixtiyarındadır.Son illər təmir olunan və yeni tikilən bağçaların sayı isə barmaqla sayılacaq qədər azdır.Qaçqınların təhsil müəssisələrindən köçürülməsi isə qeyri-müəyyən vaxtadək təxirə salınıb. Yəni 20 il gözləyənlər daha 5-6 il də səbr etməlidirlər. Ümid yeni bağçaların tikilməsinə qalıb, amma... Məsələnin "əmma"sı isəodur ki, bu sahə daha çox özəl sektorun ixtiyarına verilib.Hə, onu da xatırlayırıq ki, özəl uşaq bağçaları vergidən azad edilərkən millət vəkilləri bunu dövlətin "gələcək nəslə yaşıl işıq" yandırması kimi qiymətləndirmişdilər.Özəl uşaq bağçaları vergi verməməklə inkişaf edəcəkdi, say artacaqdı, rəqabət yaranacaqdı, nəticədə, hamı bu bağçalardan yararlana biləcəkdi. Özəl bağçalara edilən güzəştlərdən sonra say artdı, amma qiymətlərin fantastik məbləğindən bu müəssisələr hamı üçün əlçatan olmadı, indi əhalinin yalnız çox kiçik hissəsi bu imkandan yararlana bilir. Güzəşt məsələsində uşaqların gələcəyindən danışanlar bazar iqtisadiyyatı, azad sahibkarlıq kimi arqumentləri əsas gətirərək qiymətlərə müdaxilənin yolverilməz olduğunu açıqladılar. Bununla da, əslində özəl müəssisələrə edilən güzəştlərin uşaqlara deyil, bəzi iş adamlarına ərmağan edildiyinin şahidi olduq.
Özəl bağçalarda qiymətlər...
Özəl məktəbəqədər müəssisələrlə uşaqlarınbağçaya təlabatının ödəniləcəyi ilə bağlı hələ 4-5 il əvvəl Təhsil Nazirliyi və deputatların çıxışlarını dinləmişdik. Arzuedənlər də internetdə axtarış verməklə hörmətli deputatların, Təhsil Nazirliyinin bu sahəyə nəzarət edən rəsmilərinin qulağa xoş gələn çıxışlarına qulaq asa bilərlər. Biz isə özəl uşaq bağçalarındakı aylıq qiymətləri təqdim etmək istəyirik:
"Şəms" bağçası-300 manat (qiymətlərə 3 dəfə yemək, çay, mövsümə görə meyvə saatı, ingilis, rus dillərində hazırlıq daxildir)
"Çiçək" uşaq bağçası-300 manat (qiymətə qidalanma, məşğəllələr daxildir)
"Cosmoland" uşaq bağçası-500 manat (qiymətə qidalanma, ingilis dili, şahmat, rəqs kursları daxildir)
"Cücələrim" uşaq bağçası-300 manat (qiymətə 4 dəfə qidalanma, musiqi, məşğəllələr daxildir)
"Fidan" uşaq bağçası -250 manat (qiymətə qidalanma, məşğəllələr daxildir)
"Albalı" uşaq bağçası-350 manat (qiymətə qidalanma, məşğələ, ingilis, rus dilindən hazırlıq, gimnastika daxildir)
"Baby on Board" uşaq bağçası-350 manat (qiymətə qidalanma, musiqi, şahmat və s. daxildir)
"Baby Smile" uşaq bağçası - 400 manat (qiymətə qidalanma, rəsm, məntiq, yoqa, şahmat və s. daxildir)
"Bal balam" -300 manat (qiymətə qidalanma və məşğəllələr daxildir)
"Gül" uşaq bağçası-250 manat
"Happy Babies" uşaq bağçası - 500 manat
"Inci" uşaq bağçası -350 manat
"Bilgi dünyası" uşaq bağçası-350 manat
"Kindergarten Baku" uşaq bağçası-650 manat (ingilis dili qrupu), 500 manat (rus dili qrupu)
"Mickey`s House" uşaq bağçası-300 manat
"Play Orena" uşaq bağçası -400 manat
"Sehrli dayə" -400 manat
Qiymətlərə servis xidməti daxil deyil.Uşağını bağçaya servislə göndərmək istəyən valiseynlər əlavə 50-100manat ödəməlidirlər.Müraciət etdiyimiz özəl uşaq bağçaları yalnız bir ailədən iki uşaq gələcəyi halda güzəştlər ediləcəyini açıqlayırlar.Bu güəştlər isə 50 manatdan çox deyil. Yəni 500 manatlıq bağça seçib, iki uşağını göndərən valideynlərə 1000 deyil, 950 manat ödəmək "xoşbəxtliyi" təqdim olunur. Bu qədər...
Təbii ki, biz özəl müəssisələrin əleyhinə deyilik.Amma bu müəssisələrə güzəştlər tətbiq edilərkənuşaqların gələcəyinə yaşıl işıq yandırılması kimi cəmiyyətə sırınmasının doğru olmadığını söyləyirik.
Bəs valideynlər nə etməlidir?
Ramilə kimi övladı üçün bağça axtaranların sualına cavab vermək çətindir.Hazırda bu məsələyə salahiyyətli olan Bakı Şəhər İcra Hakimiyyəti növbə gözləməyi məsləhət görür.Təhsil Nazirliyi isə yalnız metodik tövsiyələrlə yaxasını geri çəkir.Son ümid yenə də bağça müdirələrinininsafına qalır.Doğrudur, bəzi bağçalardahəqiqətən də uşaq sıxlığından yer olmasa da, digərləri ilə "dil tapmağın" yollarını sınamaq lazımdır.Uşaq bağçalarının geniş ərazilərini çoxmərtəbəli bina tikənlərə "hədiyyə edən" dövlət qurumları isə hələ ki "ötür-ötür oyunu" ilə illəri yola verir.Görünən odur ki, bu məsələnin həlli hələ çox illəri yola salacaq.