Kareliya vilayətinin rəhbəri Aleksandr Xudilaynen Syamozeroda faciə nəticəsində 15 uşağın ölməsinə dair məlumatı təsdiqləməyib.
Bu barədə RİA Novosti məlumat yayıb.
“On üç uşaq ölüb. On dördüncü uşaq hələlik tapılmayıb”, - o bəyan edib.
Xudilaynen əlavə edib ki, uşaqların axtarışı davam edir.
Bundan başqa, respublika rəhbəri bildirib ki, uşaqların istirahət etdikləri “Park-otel”ə bu uşaqlardan yaşca bir qədər böyük olan təlimatçıların rəhbərliyi ilə nəzarətsiz turist səfəri təşkil edilib.