Futzal üzrə millimiz dünya çempionatının 1/8 finalına yüksəldi

Futzal üzrə millimiz dünya çempionatının 1/8 finalına yüksəldi Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında Azərbaycan millisi qrup mərhələsində üçüncü oyununu keçirib.

APA-nın məlumatına görə, yığmamız Medelyin şəhərində İran futzalçıları ilə qarşılaşıb.

Görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb. Beləliklə, millimiz dünya çempionatının 1/8 finalına vəsiqə qazanıb. Millimiz İranla eyni xal toplayıb, lakin top fərqinə görə turnir cədvəlində rəqibini qabaqlaya bilib. Futzalçılarımız 1/8 finalda Tailand yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycan millisi turnirdə keçirdiyi ilk oyunda Mərakeşi 5:0 məğlub edib, İspaniyaya isə 2:4 hesabı ilə uduzub.

Azərbaycan-İran - 3:3
Qollar: Tyaqu, Qallo (2): İsmayılpur, Tavakoli, Tayebi

Oxşar xəbərlər