Çimərlik futbolu üzrə millimizin rəqibləri bəlli oldu

Çimərlik futbolu üzrə millimizin rəqibləri bəlli oldu Bu gün çimərlik futbolu üzrə 2017-ci il dünya çempionatının təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib

Report xəbər verir ki, püşkatmanın nəticəsinə görə Azərbaycan yığması “G” qrupuna düşüb.

Millimiz bu qrupda Fransa, Macarıstan və Bolqarıstan yığmaları ilə mübarizə aparacaq.

Təsnifat mərhələsi sentyabrın 2-dən 11-dək İtaliyanın Yezolo şəhərində keçiriləcək. Dörd qiymətli vəsiqə uğrunda 28 Avropa yığması mübarizə aparacaq. Onlar ilk qrup mərhələsində hər birində 4 komanda olmaqla 7 qrupa bölünüblər. Öz qruplarında ilk iki yeri və iki ən yaxşı üçüncü yeri tutan komandalar ikinci mərhələyə vəsiqə qazanacaqlar.

A qrupu. İtaliya, Belarus, Türkiyə, Serbiya

B qrupu. Portuqaliya, İngiltərə, Rumıniya, Moldova

C qrupu. Rusiya, Almaniya, Norveç, Qazaxıstan

D qrupu. İsveçrə, Yunanıstan, Niderland, Litva

E qrupu. İspaniya, Polşa, Estoniya, Danimarka

F qrupu. Ukrayna, Çexiya, Avstriya, Gürcüstan

G qrupu. Macarıstan, Fransa, Azərbaycan, Bolqarıstan

Oxşar xəbərlər