“Aborta gedənlər arasında məktəbyaşlı qızların olmasının müxtəlif səbəbləri var və burada, ilk növbədə, məsuliyyət valideynin üzərinə düşür”.
Bunu AzVision.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.
Komitə rəsmisi qeyd edib ki, ötən il 15-17 yaş arasında 50 qızın aborta getməsi müşahidə edilmişdisə, 2014-ci ildə isə bu rəqəm 88 olub.
A.Veysəlova məsləhət görür ki, valideynlər, azyaşlı qızlar özləri bu addımların uğursuz olduğunu dərk etsinlər:
“Yanlış dini təsəvvürlərin, stereotiplərin, adət-ənənələrin aradan qaldırılması üçün eyni zamanda KİV-in və vətəndaş cəmiyyətinin bu sahədə fəaliyyəti gücləndirilməlidir”.
Qeyd edək ki, ötən il 20 yaşa qədər 1535 qadın aborta gedib. Bunlardan 50 nəfəri 15-17 yaş arası yeniyetmə, 1485 nəfəri isə 18-19 yaş arası qızlardır.