Fransa polisi terror törətməyi planlaşdıran 3 şübhəli qadını həbs edib.
Bu barədə ölkənin daxili işlər naziri Bernar Kaznev məlumat verib. Onun sözlərinə görə, saxlanılan zaman ekstremistlərdən biri müqavimət göstərib və polisi bıçaqla yaralayıb.
DİN rəhbəri qadınların yaxın günlərdə terror planlaşdırdıqlarını bildirib. Həbs edilənlər 19, 23 və 39 yaşlarındadır.
Polis ötən gün Paris Notrdam kilsəsi yaxınlığında aşkarlanan, baqajında qaz balonu olan şübhəli avtomobilllə həmin qadınların əlaqəsini araşdırıb. Məlum olub ki, terrorçulardan biri avtomobil sahibinin qızıdır.