Nitsa terrorunda Azərbaycan vətəndaşı həlak olub?

Nitsa terrorunda Azərbaycan vətəndaşı həlak olub? XİN məlumat yaydı

“Fransanın Nitsa şəhərində törədilmiş terror aktını kəskin şəkildə pisləyirik. Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik”.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir.

Azərbaycan Respublikasının Fransadakı səfirliyi terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır.

Hal-hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarını Fransa hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə riayət etməyə və kütləvi yerlərdən kənar durmağa çağırırıq”.

Oxşar xəbərlər