Bakı şəhər sakini Ramil Şikarov ona pul "atan" makleri 1 il ərzində tapa bilməyən Daxili İşlər Nazirliyindən şikayətçidir.
"Qafqazinfo"ya müraciət edən R.Şikarov bildirib ki, ev alqı-satqısı ilə məşğul olan Aqil Burcayev onun 10 min manatını, ümumilikdə vətəndaşların təxminən 150 min manat pulunu mənimsəyib: "2015-ci ilin may-iyun aylarında ev axtarırdıq. Ramana qəsəbəsində bir makler tapdıq, ofisi də ordaydı. Bizə 1,5 sot torpaq sahəsi göstərdilər, dedilər burada ev tikiləcək. İlk olaraq sentyabrın 5-də notarius vasitəsilə Burcayev Aqil Ramazan oğlunun adına 10 min manat ödəniş etdik, tikintiyə görə də 20 min manat ödəyəcəkdik. Evin bünövrəsi töküldü, bir həftədən sonra Aqil Burcayevin telefon nömrələrinə zəng çatmadı. Özünü axtardıq, tapa bilmədik. Qonşusu dedi ki, o adam dələduzdur, gərək ona pul verməzdiniz. Bundan sonra mən 14-cü polis Bölməsinə müraciət etdim. Orada araşdırma aparıldı, materiallar göndərildi İdarəyə, orada da Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açıldı. Amma artıq bir il keçib, hələ də adam tapılmayıb. Sabunçu Polis İdarəsinə müraciət edirəm, deyirlər ki, “ay qardaş, niyə tələsirsən. Bizdə adam var ki, 8 ildi axtarışdadır”.
R.Şikarov deyir ki, polis əməkdaşları A.Burcayevin saxlanmaılması barədə onların təkifinə "bizə işimizi öyrətmə" deyə cavab veriblər: "Məndən də başqa təxminən 10 nəfər A.Burcayevdən şikayətçidir, ümumi olaraq 150 min manata yaxın ziyan dəyib. Biz mediaya çıxmaq istəyirdik, polisdən qoymurdular, deyirdilər bizə vaxt verin, tapa bilmirik. Aqilin ailəsi üzdə olanda mən polisə dedim ki, bir pusqu qurun, evinə gələndə tutun. Dedilər “sən bizə işimizi öyrətmə”. İndi artıq ailəsi də ortalıqda yoxdu, onları da aparıb gizlədib. İdarədən bizə deyirlər ki, gömrükdən maraqlanmışıq, Aqil Burcayev ölkədən çıxmayıb. Azərbaycanda ola-ola 1 ildir bu adamı tapa bilmirlər".
Sabunçu Rayon Polis İdarəsindən "Qafqazinfo"ya oxşar cavab verilib: "Bizlik bir şey yoxdu. Həmin şəxs axtarışa verilib. Tapılanda xəbər edəcəyik".