Azərbaycan Türkiyədən ən çox mənzil alan 8-ci ölkə olub
Bu barədə Türkiyə Statistika Komitəsi xəbər verir.
Cari ilin iyulunda azərbaycanlılar Türkiyədən 39 ədəd mənzil alıb. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 42,64% azalma deməkdir.
Bu ilin yanvar-iyul aylarında isə həmyerlilərimiz qonşu ölkədən cəmi 375 ədəd mənzil alıb ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 24,67% azalıb.
Qeyd edək ki, ötən ilin təkcə iyulunda azərbaycanlılar Türkiyədən 68 ədəd, ilk yeddi ayında isə cəmi 458 ədəd mənzil almışdı.
Bu il qonşu ölkənin mənzil bazarına isə ən çox maraq göstərən beş ölkə isə İraq (1753), Küveyt (1004), Səudiyyə Ərəbistanı (974), İngiltərə (479), Rusiya (685) olub.