Türkiyənin divası, məşhur müğənni Bülənt Ərsoy kosmetika mağazasında alış-veriş etdikdən sonra jurnalistlərlə söhbətləşib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qeyri-adi aksesuarları ilə diqqət cəlb edən 64 yaşlı sənətçi, daha bir xüsusi geyiminin hazırlıq mərhələsində olduğunu deyib.
Tətili yarımçıq qoyaraq hazırlatdırdığı paltarı yoxlamağa gələn B.Ərsoy, istirahətə gəmi ilə qaldığı yerdən davam edəcəyini bildirib.
Taksiyə əyləşib getmək istəyərkən jurnalistlərdən birinin “Bülənt xanım, sürücünüz qayıdıb” söyləməsinə “Diva belə cavab verib: “Mənim ləzzətimi dadan çox dayana bilməz”.
Qeyd edək ki, 10 il B.Ərsoyun sürücüsü olmuş Erşan Ünal martda işindən ayrıldıqdan sonra, müğənni 3 ayda 9 sürücü dəyişib. Ünalın işə qayıtması ilə problem həllini tapıb.