“Avro-2016”nın baş məşqçiləri nə qədər maaş alır? - SİYAHI

“Avro-2016”nın baş məşqçiləri nə qədər maaş alır? - SİYAHI Rusiya yığmasının baş məşqçisi nəticədən asılı olaraq bonus alır

Goal.com portalı Fransada keçiriləcək futbol üzrə Avropa çempionatında iştirak edən yığmaların baş məşqçilərinin məvaciblərini açıqlayıb.

Siyahıda birinci yerdə İngiltərə yığmasının baş məşqçisi Roy Hocson yer alıb - 5 milyon avro.

İkinci yerdə 4,6 milyon avro ilə İtaliya millisinin rəhbəri, üçdə isə Türkiyənin baş məşqçisi Fatih Tərim (3,5 milyon avro) qərarlaşıb.

“Avro-2016”nın finalında iştirak edəcək ölkələrin baş məşqçilərinin maaşları:

1. Roy Hocson (İngiltərə) – 5 milyon avro

2. Antonio Konte (İtaliya) – 4,6 milyon avro

3. Fatih Tərim (Türkiyə) – 3,5 milyon avro

4. Yoahim Lev (Almaniya) – 3,2 milyon avro

5. Visente Del Boske (İspaniya) – 3 milyon avro

6. Didye Deşam (Fransa) – 2 milyon avro

7. Marsel Koller (Avstriya) – 1,5 milyon avro

8. Fernando Santuş (Portuqaliya) – 1,2 milyon avro

9. Martin О'Nill (İrlandiya) – 1 milyon avro

10. Bernd Ştork (Macarıstan) – 1 milyon avro

11. Vladimir Petkoviç (İsveçrə) – 750 min avro

12. Mark Vilmots (Belçika) – 750 min avro

13. Lars Laqerbek (İslandiya) – 4430 min avro

14. Maykl О'Nil (Şimali İrlandiya) – 320 min avro

15. Canni De Byazi (Albaniya) – 280 min avro

16. Kris Koulmen (Uels) – 260 min avro

17. Ante Çaçiç (Xorvatiya) – 250 min avro

18. Pavel Vrba (Çexiya) – 220 min avro

19. Adam Navalka (Polşa) – 200 min avro

20. Erik Hamren (İsveç) – 200 min avro

21. Yan Kozak (Slovakiya) – 180 min avro

22. Mixail Fomenko (Ukrayna) – 170 min avro

23. Anqel Yordenesku (Rumıniya) – 120 min avro

24. Leonid Slutski (Rusiya) – nəticələrdən asılı olaraq bonuslar.

Oxşar xəbərlər