
Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, 76 yaşlı rayon sakini Qərib Xanhüseynov ailə münaqişəsi zəminində oğlu, 1977-ci ildə anadan olmuş Xəqani Xanhüseynova ov tüfəngindən atəş açıb.
Ayaq nahiyəsindən xəsarət almış yaralı Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.