
Lerikdə qardaş bacısını amansızcasına qətlə yetirib.
Lerik rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, dekabrın 11-də saat 15:00 radələrində rayonun Kaqoy kənd sakini 1990-cı il təvəllüdlü Valeh Şahverdiyev şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı 1983-cü təvəllüdlü bacısı Xəyaləyə bıçaqla çoxsaylı xəsarət yetirməklə onu qəsdən öldürüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.