Yevlaxda qadın ərini bıçaqladı

Yevlaxda qadın ərini bıçaqladı Abdullayeva tutulub

Yevlaxda bıçaqlanma hadisəsi baş verib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun İsmayılabad kəndində qeydə alınıb.

Rayon sakini, 1980-ci il təvəllüdlü Xatirə Abdullayeva yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində əri, 1982-ci il təvəllüdlü Ağasəf Abdullayevi bıçaqlayıb. A.Abdullayev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən X.Abdullayeva tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Oxşar xəbərlər