Polisin 3 yaşlı oğlunu maşın vurdu

Polisin 3 yaşlı oğlunu maşın vurdu Hadisə Salyanda baş verib

Bu gün axşam saatlarında Salyan rayonunun Şorsulu kəndində 3 yaşlı kənd sakini Zabilli Nurlan Ərəstun oğlunu maşın vurub.

Uşaq həmkəndlisi Mahur Hüseynovun idarə etdiyi VAZ-21011 markalı, dövlət nömrə nişanı 27-xx-440 olan avtomaşınla vurulub.

Salyan Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, baş nahiyəsindən xəsarət almış uşağın vəziyyəti ağırdır.

Sayt qeyd edir ki, 3 yaşlı Nurlan Zabillinin atası Salyan Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinin əməkdaşıdır.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi qaldırılıb.

Oxşar xəbərlər