Cəlilabad rayonunda ilan zəhəri satan şəxslər tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Belə ki, Biləsuvar Rayon Polis Şöbəsinin(RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Fəqan Hüseynzadə, Elşad Heydərov və Masallı rayon sakini Raqif Həsənov 1,131 qram ilan zəhərini 1 540 manata satarkən tutulub.
Faktla əlaqədar cinayət işi başlanıb.