
Bu barədə Milli.Az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, sərgi Azərbaycan kinematoqrafiyasına həsr olunub: "Sərgidə köhnə Azərbaycan filmlərindən kadrlar və çəkiliş prosesindən kadrarxası maraqlı fotoşəkillər nümayiş olunacaq. Maraqlananlar iyulun 15-dən metronun "Gənclik" stansiyasının keçidlərində sərgi materialları ilə tanış ola bilərlər. Sərginin açılış mərasimi saat 11:00-da olacaq".
