Bakıda faciə: Gənc oğlan özünü metro qatarının altına atdı – FOTO + YENİLƏNİB

Bakıda faciə: Gənc oğlan özünü metro qatarının altına atdı – FOTO + YENİLƏNİB “Bakı Mertopoliteni” açıqlama verib

“Bakı Mertopoliteni” Qapalı Səhmdar Cəmiyyəti mertodakı intihar hadisəsilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə bu gün saat 11:08 radələrində mertonun "Əhmədli" stansiyasında baş verib.

Qatar stansiyanın platformasına daxil olarkən 1982-ci il təvəllüdlü Qazax rayon sakini Aşurov Qoşqar Etibar oğlu özünü qəfildən qatarın altına atıb.

Meyit aidiyyəti üzrə təhvil veriləcək.

N.Paşayev bildirib ki, qatarların hərəkətində problem yoxdur.

11:26

Bakı metrosunda dəhşətli faciə baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən vətəndaş özünü Bakı Metropoliteninin “Əhmədli” stansiyasında hərəkətdə olan qatarın altına atıb.

Verilən məlumata əsasən, gənc oğlan hadisə yerində keçinib.

Oxşar xəbərlər