“İŞİD” terror qruplaşmasının yaraqlıları Mosulda kürd mənşəli 19 qızı edam ediblər, RİA Novosti xəbər verir.
Kürdüstan Vətənpərvərlər İttifaqının tibb mərkəzindən yerli fəallardan biri – Abdulla əl-Məlluya istinadən bildiriblər ki, iyunun 2-də İŞİD yaraqlıları Mosulun mərkəzində 19 kürd qızın olduğu qəfəslər quraşdırıblar və onları yüzlərlə insanın gözü qarşısında yandırıblar.
Onun sözlərinə görə, qızları xilafət yaraqlılarının kənizləri olmaqdan imtina etdikləri üçün öldürüblər.