“İslam dövləti” (İŞİD) terror qruplaşması sosial şəbəkələrdə tank əleyhinə raket kompleksi “Metis” ilə Türkiyənin T-155 “Fırtına” özüyeriyən qaubitsalarını vurmasını əks etdirən kadrları yayıb.
Hadisə aprelin 28-də səhər saatlarında baş verib.
Qeyd edilir ki, hər üç qurğu atışma zamanı Türkiyə ərazisində olub.
Türkiyə KİV-nin məlumatına görə, hücum Suriyanın Cerablus rayonundan Türkiyənin Qaziantep vilayətinin Türkyurd rayonuna edilib.
Türkiyə KİV-i hərbçilər arasında ölən və yaralıların, eləcə də hücumdan sonra İŞİD yaraqlıları ilə döyüşün olduğunu bildirirlər.
Hücumdan sonra aprelin 29-dan başlayaraq türk silahlı qüvvələri tərəfindən sərhəd xəttində və sərhədyanı ərazilərdə 15 gün müddətinə xüsusi tədbirlər tətbiq edilib.