Tramp “İŞİD”in əsl yaradıcılarının adlarını açıqladı

Tramp “İŞİD”in əsl yaradıcılarının adlarını açıqladı Milyarder öz tərəfdaşları qarşısında çıxış edib

ABŞ-da Respublikaçıların partiyasından prezidentliyə namizəd olan Donald Tramp bəyan edib ki, İŞİD terror qruplaşmasını Hilari Klinton və Barak Obama yaradıb.

Associated Press nəşri öz Youtube kanalında Trampın Missisipi ştatında tərəfdaşları qarşısında çıxışının videosunu yerləşdirib.

“Hilari Klinton Obama ilə birlikdə İŞİD-i yaradıblar”, - milyarder bəyan edib.

Siyasətçi həmçinin Ər-Riyadda şiə din xadimi Nimr ən-Nimr də daxil olmaqla 47 nəfərin edam edilməsindən sonra Tehranda etirazçıların Səudiyyə Ərəbistanının səfirliyinin binasına hücum etmələrindən danışıb.

Oxşar xəbərlər