
qanuninfo.az türk mediasına istinadən xəbər verir ki, Türkiyə silahlı qüvvələri aviasiya və artilleriyadan istifadə etməklə İraq və Suriya ərazisindəki İŞİD hədəflərinə 500-dən çox zərbə endirib.
Türkiyənin baş naziri Əhməd Davudoğlu verdiyi açıqlamada əməliyyat zamanı 200-dən çox İŞİD terrorçusunun öldürüldüyünü bildirib.
Xatırladırıq ki, bu əməliyyat srağagün İstanbulda İŞİD tərəfindən törədilmiş terror aktına cavab olaraq həyata keçirilib.