
İstanbulun Əyyub bölgəsində konsert verən Mustafa Cecəli hücumla üzləşib.
Əllərində soyuq silah tutan 4 nəfər konsertin sonlarına doğru səhnəyə hücum ediblər. Hadisə yerinə təhlükəsizlik qüvvələri müdaxilə ediblər, yaralanan yoxdur. Cecəli mühafizəçilərin müşayəti ilə hadisə yerindən uzaqlaşdırılıb.