Kanadanın Pikerinq şəhərində bıçaqla silahlanmış məktəbli qız sinif yoldaşları və müəllimlərə hücum edib.
Insident nəticəsində 6 şagird və 2 müəllim yaralanıb.
“Torontosun” məlumatına görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır.
Hücum edən məktəbli qız həbs olunub. İnsidentin səbəbləri araşdırılır.