Jirinovski: Türkiyənin axırı çatıb!

Jirinovski: Türkiyənin axırı çatıb! Rusiyalı siyasətçi erməniləri Ankaraya qarşı müharibəyə çağırdı

Biz Ermənistanı da, kürdləri də, yunanları da, bolqarları da, suriyalıları da dəstəkləyə bilərdik.

Onların hamısı Türkiyəyə nifrət edir. Türkiyə rəqibləri ilə əhatə edilib: Qərbdə bolqarlar və yunanlar, şərqdə ermənilər və kürdlər, cənubda Suriya. Türkiyənin axırıdır!

Bu barədə Lenta.ru-ya verdiyi müsahibəsində rusiyalı siyasətçi, Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski bildirib.

Amma onun sözlərinə görə, Türkiyənin dağılması 5-10 ildən sonra baş verəcək.

“Onsuz da o dağılacaq və heç bir rol oynamayacaq. Amma RLDP-nın konkret mövqeyi var: müstəqil kürd dövlətini dəstəkləmək. Kürdlər Türkiyədə, Suriyada, İranda və İraqda yaşayırlar, onlar 40 milyondur. Amma bu təklif bizim proqramımızdadır”, - siyasətçi bəyan edib.

Bu yaxınlarda Ermənistana “indi Türkiyəyə məxsus olan tarixi torpaqların qaytarılması”na və bu çağırışın həyata keçirilməsinə dair bəyanatına gəldikdə isə Jirinovski erməniləri bu məsələni özlərinin həll etməyə çağırdı:

“Qoy ermənilər həll etsinlər. Kürdlər necə öz dövlətlərinin yaradılması üçün mübarizə aparırlar? Əllərində silahla. Eləcə də qoy ermənilər diplomatik, iqtisadi, siyasi, həm mənəvi, eləcə də istənilən tədbirlərdən istifadə etsinlər. Sonda isə görünür ki, onlar öz torpaqlarını silahla geri qaytarmalı olacaqlar”, - RLDP rəhbəri deyib.

Oxşar xəbərlər