Səfir: Azərbaycan Rusiyasız yaşaya bilməz

Səfir: Azərbaycan Rusiyasız yaşaya bilməz “Bizdə indiyə qədər “Azərbaycanşünaslıq” yoxdur”

Mən Azərbaycana səfir işləməyə gəlməyə hazırlaşanda, bu respublika haqqında nə çap edildiyinə nəzər saldım. Və müstəqil dövlət kimi mövcud olduğu 14 il ərzində, Rusiyada bu ölkə haqqında yalnız bir kitab dərc olunduğunu gördüm.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bu barədə “Komsomolskaya pravda” nəşrinə verdiyi müsahibəsində bildirib.

“Əyani misal çəkim. 1991-ci ildə məni Macarıstana səfirin müşaviri vəzifəsinə ezam etdilər. O zaman Rusiya səfirliyində 51 nəfər işləyirdi, onlardan 48 nəfəri macar dilində danışırdı”, - Doroxin bildirib.

Səfir qeyd edib ki, “Bu gün Rusiyanın Azərbaycandakı səfirliyində 18 nəfər çalışır. Amma onların arasında Azərbaycan istiqamətində işləməyə peşəkar şəkildə hazırlaşan bir nəfər də yoxdur. Yəni dildən başqa, Azərbaycan tarixini, mədəniyyətini, bu ölkənin iqtisadiyyatını öyrənən yoxdur”.

“Bizdə indiyə qədər “Azərbaycanşünaslıq” yoxdur, Azərbaycan istiqamətində siyasətin həyata keçirilməsi üçün elmi ekspert bazası mövcud deyil. Elə Birliyin digər ölkələrində də siyasətin həyata keçrilməsi üçün ekspert bazası yoxdur. Bu vəziyyəti Moskvada bilirlər və anlayırlar ki, bunu həll etmək lazımdır. Amma bu zamanla həll olunan məsələdir”, - Doroxin bildirib.

Onun sözlərinə görə, bu problem siyasi, informasiya tərkiblidir.

“Azərbaycan bizim qonşumuzdur. Bu, tarixən Rusiyasız yaşamağın mümkün olmadığını anlayan tərəfdaşdır. Biz də öz növbəmizdə onu bu günkündən daha yaxşı tanımalıyıq.

Burada işlədiyim yeddi il ərzində vəziyyətin bir az dəyişdiyini görürəm. Ruisya mətbuatında bu ölkə haqqında daha çox material dərc edilir. Azərbaycan haqqında, o cümlədən “Komsomolskaya pravda”nın sayəsində daha çox eşidilir. Və əlbəttə ki, bizim azərbaycanlı həmkarlarımız bu istiqamətdə daha çox fəallıq göstərməyə başladılar”, - V.Doroxin bildirib.

Oxşar xəbərlər