İran televiziyasının vurulması zamanı 3 nəfər ölüb
İranın “Islamic Republic of Iran Broadcasting” (IRIB) teleradio şirkətinin baş qərargahının raketlə vurulması nəticəsində 3 nəfər həlak olub.
Bu barədə məlumatı “Mehr” agentliyi yayıb.
Xatırladaq ki, iyunun 16-da İsrail Tehranda IRIB-in baş qərargahına zərbə endirib. Hadisə nəticəsində binada yanğın başlayıb və yayım bir müddətlik dayandırılıb.