Bakıda Formula 1 həyəcanı: Sabah böyük atəşfəşanlıq olacaq

Bakıda Formula 1 həyəcanı: Sabah böyük atəşfəşanlıq olacaq Biletlər satışa çıxarılır

2016-cı ildə Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran-Prisinin biletləri dekabrın 19-dan onlayn satışa çıxarılacaq.

Bakı Şəhər Halqasından (BŞH) verilən məlumata görə, satışın başlaması həmin ərəfədə paytaxtda təşkil olunacaq möhtəşəm “Son 6 ay” tədbiri ilə eyni günə təsadüf edəcək.

Biletləri www.bakucitycircuit.com saytı vasitəsilə yarışa düz 6 ay qalanda, yani sabah əldə etmək mümkün olacaq.

“Son 6 ay” tədbiri Dənizkənarı Bulvar ərazisində canlı musiqi və atəşfəşanlıqla müşayiət olunacaq.

Oxşar xəbərlər