24 568 nəfər .az istəyib

24 568 nəfər .az istəyib Milli domen zonası .az-da 24 568 internet-resurs qeydə alınıb

Bu barədə Trend WHOIS resursunda yerləşdirilən məlumata əsasən xəbər verir.

2015-ci ilin nəticələrinə görə .az domenində qeydiyyatdan keçmiş internet-resurslarının sayının artması 6,7% təşkil edib.

Qeydiyatdan keçmiş resurların 22 840-ı birinci səviyyəli domendə qeydə alınmış saytlardı, bu da ilin əvvəlinə olan göstəricidən 7,1% çoxdu.

İkinci səviyyəli domenlər arasında ən populyarı .com.az-dır. Bu domendə 1033 sayt (2,4% artım) qeydə alınıb. Üçüncü yerə .edu.az domeni sahib çıxıb, burada 245 sayt qeydiyatdan keçib. 2015-ci ilin nəticələrin görə .edu.az domenində qeydiyatdan keçmiş saytların sayı 14,4% artıb.

Milli domen zonası -.az rəsmi olaraq 25 avqust 1993-cü il tarixində fəaliyyətə başlayıb. Domenin qeydiyyat qiyməti 20 manat təşkil edir. Texniki dəstək xidmətinin illik qiyməti də 20 manatdır.

Oxşar xəbərlər