Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır

Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi ki, Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi ki, Mərkəzi Asiya ölkələrinin respublikanın Ermənistan işğalından azad edilmiş ərazilərinin bərpasına verdiyi töhfəni qardaşlıq münasibətlərinin təzahürü adlandırmaq olar ”, - deyə “Beyaz Gazete” nəşri yazıb və Prezident cənab İlham Əliyevin Füzuli və Ağdam rayonlarında müxtəlif layihələrin həyata keçirilməsi ilə əlaqədar Qazaxıstan, Özbəkistan və Qırğızıstan rəhbərliyinə minnətdarlığını bildirdiyini qeyd edib.
Türkiyə mediası Bakının Mərkəzi Asiya ölkələri ilə nəqliyyat sahəsində də əməkdaşlığı genişləndirməyə hazır olduğunu vurğulayıb. Azərbaycan dövlət başçısının Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt beynəlxalq ticarət limanının da daxil olduğu Orta Dəhlizin artan əhəmiyyəti barədə fikirləri oxuculara çatdırılıb.

Sabunçu qəsəbəsi, 170 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Abbasova

Oxşar xəbərlər