Ermənistanda hərbi xidmətin müddəti azaldılır

Ermənistanda hərbi xidmətin müddəti azaldılır Ermənistanda həqiqi hərbi xidmətin müddəti azaldılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan videomüraciətində bildirib.

Onun sözlərinə görə, 2026-cı il yanvarın 1-dən ölkədə həqiqi hərbi xidmətin müddəti 2 il deyil, 1 il yarım təşkil edəcək.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi sentyabrda hərbi xidmətin müddətinin azaldılmasını təklif edib.

Oxşar xəbərlər