Putini onlardan biri əvəzləyə bilər: Siyahıda 4 nəfər var

Putini onlardan biri əvəzləyə bilər: Siyahıda 4 nəfər var Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya elitası Vladimir Putini zəhərləmək və Qərblə ticarət əlaqələrini bərpa edəcək yeni lideri prezident postuna gətirmək üçün hərəkətə keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin “Daily Mail” qəzetində dərc olunan məqalədə bildirilib.

İddiaya görə, Kiyev Putinin yerinə keçə biləcək şəxslərdən birinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri Aleksandr Bortnikov olduğunu bildirib.

“Bortnikov və Rusiya elitasının bəzi digər nüfuzlu nümayəndələrinin Putini hakimiyyətdən uzaqlaşdırmaq üçün müxtəlif variantları nəzərdən keçirdikləri bildirilir. Onu hakimiyyətdən uzaqlaşdırmaq üçün zəhərlənmə, gözlənilməz xəstəlik və ya hər hansı digər variantlar seçimlər arasındadır”, - Ukrayna kəşfiyyatının məlumatında bildirilib.

İngilis nəşrinin yazdığına görə, şərait Putini istefaya məcbur edərsə və ya zəhərləndiyi bildirilsə, onun yerinə ən güclü namizəd Mixail Mişustindir. Rusiyanın baş naziri vəzifəsini icra edən Mişustin siyasi iyerarxiyada Putindən sonra ikinci yerdədir.

Namizədlər arasında ölkənin paytaxtı Moskvanın hazırkı meri Sergey Sobyaninin də adı var. Rusiya dövlətinin digər mühüm qolu olan Federal Təhlükəsizlik Şurasına rəhbərlik edən Nikolay Patruşev bürokratiyada çox güclü fiqur kimi seçilir. Son namizəd isə müdafiə naziri Sergey Şoyqudur. Şoyqu hazırda Ukraynadakı hərbi əməliyyatlara rəhbərlik edir.(teleqraf.com)

Oxşar xəbərlər